“1 şirvan qonorar aldı, öpüb alnına qoydu…”

“1 şirvan qonorar aldı, öpüb alnına qoydu…”

“Aygün səhnəyə gələndən onunla tanışıq. İkimizin də başına o qədər işlər gəldi ki… Gənc bir qız səhnəyə ayaq atıb: gözəl, boy-buxun, istedad. Aygün bir şeyi başına qoydusa, axıra qədər gedəcək. Yıxılacaq, baş-gözü dağılacaq, qalxıb yenə gedəcək. Bu xasiyyətinə görə də Aygün ayaqda dura bildi”.

TEMPİNFO axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev “Hər zaman musiqi” proqramında Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlamasında deyib. Bəstəkar Pop kraliça ilə həyat yolundan danışıb:

 

“Daim səhnə üçün nələrsə axtarırdı: geyim, səhnədə hərəkətlər… Azərbaycan üçün yeni üsullar axtarırdı və aktiv, lider, öndə oldu, bir çox steorotipləri sındırdı. Aygünü tənqid edənlər sevməyə başladı. Aygünün konsertindən sonra insanlar arxa qapıya gəlirdi ki, onu görsünlər. Görənlərin hamısı ağlayırdı. Sanki arzuladıqları, görə bilmədiklərini gördülər. Bir dəfə tura getdik, 5 gündə 15 konsert verdi. Günə 5 konsert verirdi. Hotelə gedirik, Aygün deyirdi ki, oxumaq istəyirəm, doymamışam.

Aygünün fantastik yaddaşı var. Bir mahnını bir dəfə dinləyir və girib studiyada oxuyur. Ona görə də o, bir dəfəyə neçə mahnı yazdıra bilər. Aygün hər şey oxuya bilər. Ən çətin musiqini belə ifa edir.

Aygün bir dəfə Sumqayıtda 3 saat konsert verdi və 1 şirvan qonorar aldı. Gətirib verdim, öpüb alnına qoyub, çantasına atdı. Aygün pul düşünmürdü, çünki oxumaq istəyirdi”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37