132-134 nömrəli Təhsil Kompleksinə direktor TƏYİN EDİLDİ – FOTO
- SON XƏBƏRTƏHSİL
- 10.10.2024 14:46
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.
TEMPİNFO Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Aygün Mikayılova gətirilib.
Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.
Məlumatı məktəbdən saytımıza verilən açıqlamada təsdiq ediblər.
Xatırladaq ki, məktəbin əvvəlki direktoru Sara Xanlarova bir müddət əvvəl çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Respublikanın Əməkdar müəllimi Prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.
TEMPİNFO