16 yaşlı qız evdən qaçdı – Qoşulub getdiyi şəxs saxlanıldı
- HADİSƏSON XƏBƏR
- 26.07.2024 11:40
Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.
TEMPİNFO xəbər verir ki, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.
Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.
TEMPİNFO