“2020-ci ildə başıpozuq dəstələr Milli Məclisə hücum etdilər”
- CƏMİYYƏTSON XƏBƏR
- 21.06.2024 14:29
“Kimlərsə bunu hər hansı formada spekulyasiya edəcəklərsə, bu zaman hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar”.
Bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.
Deputat qeyd edib ki, 6-cı çağırış Milli Məclis bir çox kataklizmlər yaşayıb: “Birincisi, COVİD-19 pandemiyası başlayanda bu prosesi hansı çətin şərtlərlə apardığımız, bunun öhdəsindən nə qədər uğurla gəldiyimiz göz önündədir.
İkincisi, 2020-ci ildə Tovuz hadisələri baş verəndə başıpozuq dəstələr Milli Məclisə hücum etdilər. Milli Məclis rəhbərliyinin dəyanəti nəticəsində bunun qarşısı alındı.
Üçüncüsü isə 44 günlük müharibə zamanı birinci gündən sonuncu günə qədər bu prosesi parlament yüksək səviyyədə apardı. Fikir verirsinizsə, son zamanlar şəhid ailələri parlament önünə gəlmir, çünki parlament onların hüquqlarını hər zaman qorudu, qanunlar qəbul etdi. Düşünürəm ki, seçkilərin erkən keçirilməsi qərarı siyasi cəhətdən kifayət qədər uğurlu qərardır. Biz də müxalifət partiyası olaraq bunu dəstəkləyəcəyik”.
TEMPİNFO