23 yolda tıxac var – SİYAHI
- CƏMİYYƏTSON XƏBƏR
- 16.10.2024 18:20
Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
TEMPİNFO xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
13. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
18. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
19. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
20. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
21. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
22. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
23. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
TEMPİNFO