299-cu sınaq

299-cu sınaq

Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

TEMPİNFO xəbər verir ki, yığmamız Qazaxıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Macarıstanda təşkil olunacaq matç komandamızın tarixində 299-cu sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 298 matça çıxıb.

Bu müddətdə 60 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 160 dəfə uduzub. Əvvəlki 298 qarşılaşmada 229 qol vuran futbolçularımız 492 top buraxıb.

Bu qarşılaşma millinin 139-cu yoldaşlıq oyunu olacaq. Bunadək 138 belə matça çıxan komandamız 39 qələbə qazanıb. 45 heç-heçə edən millimiz 54 dəfə uduzub. 131 qol vuran yığma 174 top buraxıb.

Qazaxıstanla görüş Arif Əsədovun rəhbərliyi altında 4-cü sınaqdır. Yığmamız onun çalışdırdığı müddətdə 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub. 3 qol vuran komandamız 4 top buraxıb.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək yoldaşlıq görüşü saat 18:00-da başlayacaq. Qazaxıstan – Azərbaycan oyunu Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladas SportKomplexum”da keçiriləcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37