3 polisin həyatına son qoyan Rövşənin zərərsizləşdirilməsi anlarından FOTO

3 polisin həyatına son qoyan Rövşənin zərərsizləşdirilməsi anlarından FOTO

Xəbər verdiyimiz kimi, iyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşını qətlə yetirən şəxs hadisə yerində zərərsizləşdirildi.

Sitat.info cinayəti törədən Allahverdiyev Rövşən Oqtay oğlunun zərərləşdirildiyi anlarda çəkilən fotonu əldə edib.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş və axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

TEMPİNFO həmin fotonu təqdim edirik.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37