4 saylı doğum evində “şirinlik” qalmaqalı – VİDEO

4 saylı doğum evində “şirinlik” qalmaqalı – VİDEO

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan “şirinlik” tələb olunduğuna dair sosial şəbəkədə görüntülər yayılıb.

Görüntüdəki şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirir.

Doğum evinin baş həkimi Kəmalə Heydərova hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqləyib.

O, videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şöbə müdiri olduğunu deyib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır: “19 iyun 2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib.

Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək”. – deyə TƏBİB dən bildirilib.

Qeyd edək ki, sözügedən görüntüləri lentə alan ata özünü videoda Qarabağ veteranı kimi təqdim edir.

Daha ətraflı APA TV-nin videomaterialında:

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37