“7 günə 70 il yaşlanan qızım” – Flora Kərimovadan təsirli PAYLAŞIM
- CƏMİYYƏTSON XƏBƏR
- 06.08.2024 09:30
“Dürdanə xanım, Xocalı balam! Xocalı faciəsini çiynində daşıyan, 7 günə 70 il yaşlanan qızım. Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi… Görən görürdü”.
TEMPİNFO xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ötən gün vəfat edən Xocalı şahidi Dürdanə Ağayeva haqqında yazıb.
“Allah sənə rəhmət eləsin… Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun. Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat yat, qızım”, – o bildirib.
Xatırladaq ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
TEMPİNFO