Bakıdakı qəribə qəzanın anbaan görüntüləri – Video
- CƏMİYYƏTHADİSƏSON XƏBƏR
- 24.05.2024 14:05
Mayın 22-si Heydər Əliyev prospektinin Sabunçu rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
TEMPİNFO xəbər verir ki, “Mitsubishi Pajero İO” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb. Bu zaman öz yolu ilə gedən avtomobillərə xoşbəxtlikdən ziyan dəyməyib.
Bildirilir ki, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Qəza anının görüntülərini təqdim edirik: