“Bank VTB” ilə keçmiş işçisi arasında qalmaqal
- İQTİSADİYYATSON XƏBƏR
- 24.05.2024 17:38
“Bank VTB” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı Fərid Yəhyayev işdən çıxarılıb.
Valyuta.az xəbər verir ki, Fərid Yəhyayev rəhbərliyin qərarını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.
Onun iddia tələbi işə bərpa və əməkhaqqının ödənilməsi ilə bağlıdır.
İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq.
TEMPİNFO