Cəlilabadda itkin düşən 18 yaşlı qız Tovuzda tapıldı
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 25.05.2024 10:54
Cəlilabadda 8 gün əvvəl itkin düşmüş 18 yaşlı qız tapılıb.
TEMPİNFO xəbər verir ki, rayon sakini N.Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.