Güclü külək ağacı evin üzərinə aşırdı – Fotolar+Video
- HADİSƏSON XƏBƏR
- 25.05.2024 12:17
Gəncə şəhərində müşahidə olunan küləkli hava bir sıra fəsadlara yol açıb.
TEMPİNFO xəbər verir ki, şəhərin bəzi yerlərində iri gövdəli ağaclar aşıb.
Belə ki, şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağacın evin üzərinə aşması nəticədə evə ciddi ziyan dəyib.
Hadisə yerinə rəsmilər də cəlb olunub.
Gəncə şəhərində küləkli hava şəraiti davam edir.