Dövlət Agentliyi ofisləri üçün 8,5 milyon manat ayırdı
- İQTİSADİYYATSON XƏBƏR
- 25.05.2024 15:39
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ofis icarəsi ilə bağlı 3 ədəd açıq tender elan edib.
TEMPİNFO xəbər verir ki, həmin 3 tenderin toplam ehtimal olunan qiyməti 8 577 876 manat təşkil edir.
Belə ki, “3 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün 2 490 m(2) sahəsi olan ofis icarəyə götürüləcək. Obyektin ehtimal olunan qiymət 1 837 620 AZN-dir
Bundan əlavə, “2 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün üçün 1 293,9 m(2) sahəsi olan ofis icarəyə götürüləcək. Obyektin ehtimal olunan qiymət 1 765 785 AZN-dir.
Həmçinin “1 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün 3 693 m(2) sahəsi olan ofis icarəyə götürüləcək. Obyektin ehtimal olunan qiymət 4 974 471 AZN-dir.