Azərbaycan universiteti biletlərə 100 mindən çox pul xərclədi
- SON XƏBƏRTƏHSİL
- 25.05.2024 16:32
Bakı Mühəndislik Universiteti ilə “Uzbekistan Airways”ın Azərbaycandakı nümayəndəliyi arasında müqavilə imzalanıb.
TEMPİNFO-nun əldə etdiyi məlumata görə, sənədə əsasən İnçon-Bakı istiqaməti üzrə 61 aviabilet alınıb.
Belə ki, ali təhsil müəssisəsi bununla əlaqədar 103285,20 manat məbləğində ödəniş edib.
Sözügedən layihə isə İkili Diplom Proqramı ilə bağlı həyata keçirilib.