Azərbaycan Ordusunun hərbçisi vəfat edib
- HƏRBİ XƏBƏRLƏRMANŞETSON XƏBƏR
- 27.05.2024 16:49
“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.
TEMPİNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!