Təqaüdə çıxan generalın yerinə YENİ TƏYİNAT
- HƏRBİ XƏBƏRLƏRSON XƏBƏR
- 29.05.2024 15:13
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, bu postu tutmuş general-mayor Firudin Nəbiyev ehtiyata buraxılıb.
O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.