Xəzər TV “Vəlioğlu-2018″ni məhkəməyə verdi
- İQTİSADİYYATSON XƏBƏR
- 30.05.2024 11:29
“Vəlioğlu-2018” MMC məhkəməyə verilib.
TEMPİNFO-nun əldə etdiyi məlumata görə, Xəzər TV sözügedən şirkətə qarşı iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – sair öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
Proses Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
Məhkəmə hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, “Vəlioğlu 2018” MMC ticarət məntəqələrinə qida və qeyri-qida məhsullarının satış xidmətini həyata keçirir. Şirkət bir çox brendlərin rəsmi distribüteridir.