Eldar Mahmudovun oğlunun şirkəti bağlandı
- İQTİSADİYYATSON XƏBƏR
- 31.05.2024 11:01
“Brent” MMC ləğv olunub.
TEMPİNFO xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Xatırladaq ki, “Brent” MMC keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğu bildirilir. Şirkət 2008-ci ildə təsis edilib və peyk rabitəsi satışı ilə məşğul olub. Qanuni təmsilçisi isə Araz Mustafa İsməli oğludur.
Bundan əlavə, 2020-ci il, sentyabrın 17-də “Crystal Entertainment” MMC “Brent” MMC-yə çevrildiyini elan edib.
“Crystal Entertainment” MMC (2013-cü il) “Crystal Group”un tərkibinə daxil olub və turizm xidmətləri və kütləvi tədbirlərin təşkili üzrə xidmətlər göstərib.