Bakı metrosunda sərnişin stansiya yoluna düşdü – Yenilənib + Video
- HADİSƏMANŞETSON XƏBƏR
- 02.06.2024 13:22
Metronun “28 May” stansiyasında qatar yoluna düşən sərnişin (cinsi kişi) ölüb. Onun 65-70 yaşının olduğu təxmin edilir.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, onun meyiti qatar yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.
Hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür.
***
Bakı metrosunda sərnişinlərdən biri stansiya yoluna düşüb.
Bu barədə TEMPİNFO-ya “Bakı Metropoliteni”nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qatar “28 May” daxil olanda, sərnişin stansiya yoluna düşüb.
Hadisə ilə bağlı xətlərdə yubanma var.
TEMPİNFO