Xoşqədəmdən yeni layihə
- MAQAZİNSON XƏBƏR
- 03.06.2024 14:28
Aparıcı Xoşqədəm Hidayətqızı yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
TEMPİNFO xəbər verir ki, o bu haqda sosial şəbəkədə məlumat yayıb. Aparıcı bildirib ki, layihə “Zülmətdən işığa” adlanır.
“Tezliklə, “Zülmətdən işığa”… Bizi izləyin. Yenə bəyənərək izləyəcəksiniz”, – deyə X.Hidayətqızı layihəsi haqda paylaşımında yazıb.
Qeyd edək ki, X.Hidayətqızı ARB kanalında “Səni axtarıram” və “Günaydın, Azərbaycan” proqramlarına aparıcılıq edir.
TEMPİNFO