Röyanı bloka atıbmış: Belə təşəkkür etdi – FOTO
- MAQAZİNSON XƏBƏR
- 03.06.2024 16:40
Xalq artisti Röya Ayxan paylaşımı ilə diqqət çəkib.
TEMPİNFO xəbər verir ki, o, müğənni Elnarə Xəlilovaya təşəkkür edərkən həmkarı tərəfindən bloka atıldığını bildirib.
Belə ki, sənətçi E.Xəlilovanın “Kukla” klipini sosial şəbəkə hesabının hekayə bölməsinə yerləşdirib.
“Əzizim, nə gözəl alınıb. Məni uşaqlığıma qaytardığın üçün təşəkkürlər. Çox bəyəndim. Səni işarələyəcəkdim, bloka atdığın üçün olmadı”, – deyə Röya Ayxan qeyd edib.
Xatırladaq ki, hər iki müğənni “W-trio” qrupunun üzvü olublar və hazırda küsülü olduqları bildirilir.
TEMPİNFO