Vahid Ələkbərovun sərvəti artdı: Rusiyanın ikinci ən varlı adamıdır – “Bloomberg”
- SEÇİLMİŞ
- 04.06.2024 11:12
“Lukoyl”un həmsahibi olan azərbaycanlı əsilli iş adamının sərvəti il ərzində 2,78 milyard dollar artaraq 27,4 milyard dollara çatıb.
TEMPİNFO xəbər verir ki, “Bloomberg”in reytinqinə görə, Vahid Ələkbərov Vladimir Potanindən sonra Rusiyanın ikinci ən varlı adamıdır.
Bununla o, dünyanın ən varlı adamları siyahısında 63-cüdür.
Agentliyin reytinqində birinci yerdə “Nornickel”in əsas sahiblərindən biri Vladimir Potanin (dünyada 53-cü) olub.
Üçüncü yerdə “NLMK”nin benefisiarı, il ərzində 1,84 milyard dollar zənginləşən Vladimir Lisin (dünyada 66-cı) qərarlaşıb.
TEMPİNFO