“Qarabağ”ın 5 legionerinə dəvət – FOTO
- İDMANMANŞETSON XƏBƏR
- 05.06.2024 20:49
“Qarabağ”ın 5 legioneri milli komandalara dəvət alıb.
TEMPİNFO xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisinə çağırılıblar. Luka Quqeşaşvili Gürcüstan yığmasına dəvət edilib.
Yassin Benzia Əlcəzair millisinə çağırılanlar arasında yer alıb. Patrik Andrade isə Kabo-Verdenin düşərgəsinə çağırılıb.
Qeyd edək ki, Lukanın çağırıldığı Gürcüstan AVRO-2024-ün final mərhələsində mübarizə aparacaq.
TEMPİNFO