Azərbaycanın səfiri geri çağırıldı – YENİ TƏYİNAT
- MANŞETRƏSMİSON XƏBƏR
- 06.06.2024 16:14
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
TEMPİNFO-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
TEMPİNFO