Bu dövlət qurulmalıdır, paytaxtı da… – Əliyev
- MANŞETSİYASƏTSON XƏBƏR
- 08.06.2024 17:29
Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.
TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.
“Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”, – İ.Əliyev deyib.