Nazim Sadıqovun UFC-də növbəti rəqibi bəlli olub
- İDMANSON XƏBƏR
- 10.06.2024 12:45
Azərbaycanlı döyüşçü Nazim Sadıqovun UFC-də növbəti döyüşünün vaxtı və rəqibi dəqiqləşib.
TEMPİNFO xəbər verir ki, həmyerlimiz karyerasında 4-cü görüşünə iyulun 13-də çıxacaq.
Onun rəqibi şotlandiyalı Kris Dunkan olacaq. Son döyüşündə uduzan 31 yaşlı idmançı bunadək 11 dəfə qələbə qazanıb, 2 dəfə məğlub olub.
TEMPİNFO