İqtisad Universiteti məzun gününə görə Murad Camalzadənin şirkətinə 4700 manat ayırdı
- TƏHSİL
- 12.06.2024 11:35
Azərbaycan Dövlət İqtisad Universiteti “Məzun Günü” tədbirinin keçirilməsi ilə bağlı təhlükəsizlik üçün 5 minə yaxın pul xərcləyib.
TEMPİNFO-nun məlumatına görə, təhsil ocağı bununla bağlı “GESCO” ASC ilə müqavilə bağlayıb.
Dövlət universiteti mühafizə xidmətinin təşkili ilə əlaqədar sözügedən şirkətə 4779 AZN ödəniş edib.
Qeyd edək ki, “GESCO” ASC mayın 26-sı, 2005-ci tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Adı çəkilən ASC-nin nizamnamə kapitalı 4000 manat təşkil edir.
Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Camalzadə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
TEMPİNFO