Nazir Abel Məhərrəmovun qardaşını işdən çıxardı
- CƏMİYYƏTSON XƏBƏR
- 13.06.2024 19:02
Ədliyyə Nazirliyində kadr dəyişiklikliyi olub.
TEMPİNFO Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin İnsan resursları Baş İdarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub, yerinə Ələkbər Nəbiyev təyin olunub.
Qeyd edək ki, Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Xatırladaq ki, bundan öncə Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılmışdı.
TEMPİNFO