Milli Məclis binasının dibçəkdəki güllərinə 24 min xərcləyib
- ÖLKƏSON XƏBƏR
- 14.06.2024 17:17
Milli Məclis cari ildə parlamentin binalarındakı dibçəklərdə olan dekorativ ağaclara və güllərə qulluğa görə şirkətlə müqavilə bağlayıb.
TEMPİNFO-nun məlumatına görə, aqrotexniki xidmətin göstərilməsi üçün “Camellia Service” MMC-yə 24 min 3 manat 56 qəpik ödəniş edilib.
Məlumata görə, sözügedən şirkət Milli Məclisə ən ucuz qiymət təklifi verdiyi üçün işlər həmin müəssisənin öhdəsinə buraxılıb.
Qeyd edək ki, “Camellia Service” MMC 2021-ci ilin aprel ayından dövlət qeydiyyatından keçib, qanuni təmsilçisi isə Gündüz Rəşidli Çingiz oğludur.
TEMPİNFO