AVRO-2024: Sloveniya – Danimarka matçında qalib müəyyənləşməyib
- Avro-2024İDMAN
- 16.06.2024 21:56
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya – Danimarka matçında qalib müəyyənləşməyib.
TEMPİNFO xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.