AFFA-nın prezidenti “düymə”ni basdı – Bu vəzifəli şəxslər göndərilir…
- İDMANSON XƏBƏR
- 21.06.2024 11:38
Yaxın günlərdə AFFA-da “yarpaq tökümü”nə start veriləcək. Bu barədə göstəriş Rövşən Nəcəfdən gəlib.
TEMPİNFO sportinfo.az-a istinadən xəbər verir ki, aprelin 2-də federasiyanın başına keçən R.Nəcəf qurumda «təmizlik tədbirləri»nin görülməsini tapşırıb.
Buna əsasən, iyulun 1-dən etibarən AFFA-dan ayrılıq xəbərlərini alacağıq.
Yeni prezidentin istəyi ilə başlanacaq islahatların ilk dalğası bir neçə departament və komitəni əhatə edəcək. Həmin orqaqlara rəhbərlik eləyən sədrlər vəzifəsi ilə vidalaşacaq.
Hansılar ki bu şəxslər Elxan Məmmədovun kadrları sayılır və uzun müddətdir AFFA-da fəaliyyət göstərir.
Sabiq icraçı vitse-prezident və baş katib tərəfindən federasiyaya yerləşdirilmiş funksionerlərin dəqiq siyahısı hələ ayyarım öncə R.Nəcəfə təqdim olunub.
TEMPİNFO