Aparıcı Hacı Təyyarı qovmaqdan betər etdi: studiyadan səssiz getdi – VİDEO
- MANŞETMAQAZİNSON XƏBƏR
- 22.06.2024 15:02
Space TV-də yayımlanan “Gəl, danış” proqramında aparıcı verilişin qonağına sərt reaksiya verib.
TEMPİNFO xəbər verir ki, aparıcı Amil Xəlil efirinə dəvət etdiyi ilahiyyatçı Hacı Təyyar Hüseynliyə xitabən dediyi sözlər qalmaqala yol açıb.
Onun çıxışından sonra din xadimi studiyanı tərk edib.
Belə ki, T.Hüseynli sözünün kəsilməsindən narazılığını bildirib və “birinci və sonuncu efir” deyərək bu səbəbdən televiziyalara qonaq kimi getmədiyini vurğulayıb.
A.Xəlil isə onun sözlərindən hiddətlənərək sərt reaksiya verib və qeyd edib ki, heç kimi efirə məcburi çağırmırlar.
“Efirə və Space TV-yə hörmət etməlisiniz. İnciməyin. İstəmirsinizsə, biz sizi məcbur saxlaya bilmərik. “Birinci və sonuncu” efir sözü ən zəhləm gedən ifadədir. Heç xoşuma gəlmir. Sizi Hacı edən bu efirlər olub”, – o deyib.
TEMPİNFO