Polislərin həyatına son qoyan Rövşənin üç övladı varmış – VİDEO
- HADİSƏSON XƏBƏR
- 24.06.2024 15:29
Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşının həyatına son qoyan yetirən Rövşən Allahverdiyevlə bağlı bəzi detallar məlum olub.
TEMPİNFO xəbər verir ki, APA TV-yə danışan R.Abdullayevin qonşularından biri vurğulayıb ki, həmin şəxsin atası və anası Şüvəlan qəsəbəsində yaşayıblar:
“Onu bir-iki dəfə görmüşəm, atası rəhmətə gedib. Sakit ailədir”.
Qonşulardan digəri isə bildirib ki, əməliyyat zamanı məhv edilən R.Abdullayevin üç övladı var.
“Səhər-səhər eşitdik ki, belə hadisə baş verib, öldürülən şəxsin də 3 balası var”, – o deyib
Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşın həyatına son qoyub.
Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.