Xarici şirkət Mədəniyyət Nazirliyini məhkəməyə verib
- ÖLKƏSEÇİLMİŞSON XƏBƏR
- 25.06.2024 18:50
Azərbaycan Mədəniyyət Nazirliyi ilə bağlı məhkəməyə müraciət edilib.
TEMPİNFO xəbər verir ki, “Novator HRC” MMC dövlət qurumundan şikayətçidir.
Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə üz tutan şirkət müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqədar iddia qaldırıb.
Şikayətə hakim Günay Həşimovanın sədrliyi ilə baxılacaq.
Qeyd: “Novator HRC” mərkəzi ofisi Londonda yerləşir. Şirkət kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici (tibbi müəssisələrdə) vasitələr, təmizlik avadanlıqları, təmizlik maşınları, gigiyenik kağız və digər təmizlik məhsullarının təchizatını həyata keçirir.
TEMPİNFO