Müğənninin biznesi batdı, borca düşdü
- MAQAZİNSON XƏBƏR
- 29.06.2024 19:17
Müğənni Vüsal Əliyevin biznesi batıb.
Sənətçi bu haqda “Qonaqcanlı” verilişində deyib.
O bildirib ki, restoran işi bir neçə aydır dayanıb: “Plansız şəkildə bu işdə daxil oldum. Dostum dəvət etdi, razılaşdım. 3 ildi var idi. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətempinfotimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirdi. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm”.
V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib.
İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyob. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib.
TEMPİNFO