Astarada güllələnmə hadisəsi olub, bir nəfər ölüb
- HADİSƏ
- 30.06.2024 10:16
İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TEMPİNFO xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.