Bakı-Naxçıvan biletinin qiyməti QALXDI
- İQTİSADİYYATÖLKƏSON XƏBƏR
- 30.06.2024 21:19
Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.
TEMPİNFO xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.
Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.
Ölkədaxili təyyarə biletlərinin yeni qiymətləri:
Bakı-Naxçıvan aviabileti 70 manat
Bakı-Füzuli aviabileti 78 manat
Bakı-Zəngilan aviabileti 83 manat
Bakı-Gəncə aviabileti 84 manat