Günayın efirdə Zaura reaksiyası xəbər oldu: münasibətləri sorğulandı – VİDEO
- MAQAZİNSON XƏBƏR
- 01.07.2024 11:35
Zaur Baxşəliyevlə həyat yoldaşı arasında yaşanan dialoq yerli mediada xəbərə çevrilib.
TEMPİNFO xəbər verir ki, “Zaurla Günaydın”ın sonuncu buraxlışında cütlüyün bir-biri ilə mübahisə şəklində danışması müzakirə mövzularından olub.
Belə ki, Günay “Sənə şiriniyyat hazırlayıram, qız” deyən həyat yoldaşına “Bıy, gün haradan çıxdı belə?!” deyərək reaksiya verməsi Zauru duruxdurub.
Qeyd edilir ki, həyat yoldaşının reaksiyası Zaur üçün gözlənilməz olub və “sənin ürəyin dolu imiş” sözləri ilə təəccübünü gizlədə bilməyib.
Sözügedən mənzərə yerli mediada “Zaur Baxşəliyevlə həyat yoldaşı Günayın arasından “qara pişik” keçib” kimi qiymətləndirilib. Bundan əlavə, “Məşhur cütlüyə NƏ OLDU?” xəbər başlığı ilə onların münasibəti sorğulanıb.