Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkət cərimələnir
- CƏMİYYƏTSON XƏBƏR
- 01.07.2024 13:14
“Avromed Company” QSC-yə inzibati protokol yazılıb.
TEMPİNFO-nun Pravda.az-a istinadən xəbərinə görə, Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Qeyd: QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.
TEMPİNFO