Alman polisi Türkiyə-Niderland matçına xüsusi hazırlaşıb

Alman polisi Türkiyə-Niderland matçına xüsusi hazırlaşıb

Almaniya Daxili İşlər Nazirliyi Türkiyə-Niderland görüşünü ən təhlükəli qarşılaşma hesab edərək mühafizəni ikiqat artıracaq.

Məlumata görə, bu qərarın verilməsinə səbəb Merih Demiralın göstərdiyi “bozqurd” işarəsinin bəzi azarkeşlərdə qıcıq yaratmasıdır.

Qeyd edək ki, Türkiyə-Niderland görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Mənbə: Trtspor.com.tr

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37