Merihin heykəli qoyulacaq

Merihin heykəli qoyulacaq

Türkiyənin Bolu şəhərində Merih Dəmiralın heykəli ucaldılacaq.

Axar.az xəbər verir ki, Bolu bələdiyyə başçısı Tanju Özcan Bozqurd işarəsinə görə UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib.

Boluda Merihin heykəlini ucaldacağına da söz verən T.Özcan, “Avropa gəlsin, məni də cəzalandırsın”, deyib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37