Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu

Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

TEMPİNFO APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37