“Qarabağ”ın daha bir qapıçısı klubu tərk edib

“Qarabağ”ın daha bir qapıçısı klubu tərk edib

“Qarabağ”ın daha bir qapıçısı klubu tərk edib.

TEMPİNFO xəbər verir ki, Andrey Lunyovdan sonra Luka Quqeşaşvili də Azərbaycan çempionundan ayrılıb.

Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna keçib. Luka yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlində “Qarabağ”a keçmişdi.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37