“Həmin günün səhəri polisə ərizə yazdım”

“Həmin günün səhəri polisə ərizə yazdım”

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edilib. 

TEMPİNFO xəbər verir ki, bu haqda o, sosial şəbəkədə məlumat yayıb. Aynişan bildirib ki, onun adından istifadə edib, sosial şəbəkədə insanların pullarını alırlar:

“Bir neçə aydır ki, adım və üzümlə feyk xəbərlər yayıb, insanların pullarını oğurlayırlar. Dəfələrlə bu haqda paylaşım etsəm də, yenə inanan var. Birincisi, necə inana bilərsiniz belə söhbətin içində olduğuma? İkincisi, necə düşünə bilərsiniz ki, linkə keçid edib milyonçu olacaqsınız?”.

Aynişan məsələ ilə bağlı polisə şikayət etdiyini, amma heç bir nəticə olmadığını vurğulayıb:

“Elə xəbər çıxdığı günün səhəri gedib polisə ərizə yazmışam. Amma polis bunu edənləri tapa bilmədi. Ən pisi odur ki, inanıb pulunuzu oğurlatdırırsınız, sonra isə mənə qarğış edirsiniz. Mənim günahım deyil, tanınmışlığımın bədəlidir. Gücümün çatmadığı məsələlər olur”. axşam.az

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37