Avtoxuliqanlıq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülər tutuldu  – VİDEO

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkələrdə paylaşan sürücülər tutuldu – VİDEO

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37