Mbappenin təqdimat günü bəlli oldu

Mbappenin təqdimat günü bəlli oldu

Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real” futbolçusu kimi təqdimat tarixi dəqiqləşib.

TEMPİNFO xəbər verir ki, mərasim iyulun 16-da “Santyaqo Bernabeu”da baş tutacaq.

Mbappe “Real”a azad agent kimi keçib. Onun PSJ ilə müqaviləsi iyunun sonunda başa çatıb. Madrid klubu Florentino Peres iştirak edəcəyi tədbirdə rəsmi müqavilə imzalanacaq. Bundan sonra isə forvardın mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Mbappenin formasını geyindiyi Fransa yığması AVRO-2024-ün yarımfinalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37