Argentinanın finaldakı rəqibi Kolumbiya oldu
- İDMANSON XƏBƏR
- 11.07.2024 12:12
Amerika kubokunda yarımfinal mərhələsi başa çatıb.
TEMPİNFO xəbər verir ki, ABŞ-da təşkil olunan turnirin ikinci finalçısı Uruqvayla Kolumbiyanın matçında müəyyənləşib.
Görüşün taleyini bir qol həll edib. İlk yarıda hesabı açan Kolumbiya finala yüksəlib.
Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq finalda Kolumbiyanın rəqibi son çempion Argentina olacaq.
Amerika kuboku
Yarımfinal
11 iyul
Uruqvay – Kolumbiya – 0:1
Cefferson Lerma, 39
TEMPİNFO