Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın Moskva vilayətində “Superjet” təyyarəsi qəzaya uğrayıb. 

TEMPİNFO TASS-a istinadən xəbər verir ki, təyyarə əsaslı təmirdən sonra sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Təyyarədə sərnişin olmasa da, göyərtədə olan 3 pilot həlak olub.

Nəqliyyat vasitəsinin “Gazpromavia” aviaşirkətinə məxsus olduğu bildirilir.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37