Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı – Video

Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı – Video

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.

TEMPİNFO Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.

Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37